Xəzər Xəbər

Ölümcül virus həyəcanı Türkiyəni bürüdü 12 nəfər nəzarətə götürüldü

Dünya | 11:27 • 28 Yanvar 2020
Ölümcül virus həyəcanı Türkiyəni bürüdü

Türkiyənin Aksaray vilayətində koronavirusa yoluxduğu ehtimal edilən 12 nəfər həkim nəzarətinə götürülüb.

Türkiyə mənbələri xəbər verir ki, onlardan 9-u Çin vətəndaşıdır. Məlumata görə, fabrikdə işləyən 2 işçinin ürək bulanması, qusma və digər şikayətləri olub. Hər ehtimala qarşı onlarla birgə işləyən digər 9 nəfər də xəstəxanaya yerləşdirilib. Bildirilir ki, Çin vətəndaşları 5 gün əvvəl vətənlərindən Türkiyəyə gəliblər. Onların yerləşdiyi xəstəxanada yüksək təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, 10-dan çox ölkəyə yayılan koronavirus Çində 80 nəfərin həyatına son qoyub. 2 min nəfər virusa yoluxub./publika.az

Xəbər lenti