Xəzər Xəbər

Cavad Zərifə ŞOK: İran çalxalanır

Dünya | 09:42 • 28 Yanvar 2020
Cavad Zərifə ŞOK:

İranın Xarici İşlər naziri Cavad Zərifin ABŞ-la dialoqun mümkünlüyü barədə açıqlaması Tehranda aksiyalara yol açıb.

Çox sayda insan küçələrə çıxaraq, diplomatın açıqlamalarına etiraz edib. Narazı kütlə bəyan edib ki, Vaşinqtonun İrana güc tətbiq etməsinə hökumətin dialoqla cavab verməsi qəbuledilməzdir.

Qeyd edək ki, Cavad Zərif Almaniyanın ”Der Spiegel” nəşrinə müsahibəsində ABŞ-la danışıqlara hazır olduqlarını bildirib. "Tramp adminstrasiyası səhvlərini düzəldə, sanksiyaları aradan qaldıra və müzakirələrə qayıda bilər. Biz hələ də müzakirə masasındayıq. Ayrılan onlardır” - deyə Zərif bildirib./publika.az

Xəbər lenti

Çox oxunanlar