Xəzər Xəbər

Sərnişin avtobusunun qarşısını kəsdi, sürücünü təhqir etdi - Bakıda - VİDEO

Veb TV | 19:48 • 27 Yanvar 2020
 Sərnişin avtobusunun qarşısını kəsdi, sürücünü təhqir etdi  -

Minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini düz sərnişin avtobusunun qarşısında saxlayaraq dayanacaqdan çıxmasına imkan verməyib.

Avtobus sürücüsü isə həmin şəxsə yoldan çəkilməsi ilə bağlı səs siqanalı verməsinə baxmayaraq, minik avtomobilinin sürücü buna məhəl qoymayıb. Üstəlik, həmin şəxs avtomobildən düşərək avtobusun sürücüsünü təhqir edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün Heydər Əliyev prospektində, Milli Gimnastika Arenasının qarşısındakı dayanacaqda olub. Avtomobilini 1 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun qarşısında saxlayan sürücünün törətdiyi qayda pozuntusunu həmin ərazidə olan bir şəxs mobil telefonu ilə çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, hazırda avtobusda quraşdırılan müşahidə kameralarının görüntüləri araşdırılır. Bundan sonra həmin şəxsin cəzalandırılması üçün hüquq- mühafizə orqanlarına müraciət olunacaq.

Qurum rəsmisi onu da qeyd edib ki, dayanacaqlarda avtomobillərini saxlayıb marşrut avtobuslarının hərəkətinə mane olan bütün şəxslər barəsində qanuna müvafiq şəkildə ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, sürücünün törətdiyi bu qayda pozuntusuna görə həmin şəxsi 40 manat miqdarında cərimə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti