Xəzər Xəbər

Ukraynada qripdən daha bir ölüm faktı qeydə alınıb

Dünya | 18:08 • 27 Yanvar 2020
Ukraynada qripdən daha bir ölüm faktı qeydə alınıb

Ukraynanın Rivne vilayətində 50 yaşlı kişi qrip və kəskin respirator virus infeksiyasından ölüb. Bu barədə AZƏRTAC-a Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, A (H1N1) virusuna yoluxan xəstə ağır halda xəstəxanaya yerləşdirilib. Bu hadisə yeni epidemioloji mövsümdə Rivne vilayətində qripdən ilk ölüm faktıdır.


Yeni epidemioloji mövsümdə Ukraynada qripdən ölənlərin ümumi sayı isə artıq 13 nəfərə çatıb. Təkcə ötən həftə Ukraynada qripə yoluxma halları 48 faiz artıb. Bunların da 70 faizdən çoxu uşaqdır.

Xəbər lenti