Xəzər Xəbər

Zəlzələ zamanı yaranan panika kameralarda VİDEO

Veb TV | 15:39 • 27 Yanvar 2020
Zəlzələ zamanı yaranan panika kameralarda

Türkiyənin Elazığ vilayətində baş verən dəhşətli zəlzələ zamanı yaşanan təlaş küçəyə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bu barədə "HaberGlobal” kadrlar yayıb.

Videoda zəlzələ anında insanların qorxu içində ora-bura vurnuxduqları, hətta birinin həyəcan səbəbindən huşunu itirdiyi görünür.

Qeyd edək ki, son məlumatlara görə, Elazığ vilayətinin Sivricə rayonunda baş verən 6,8 bal gücündəki zəlzələdə ölənlərin sayı 39 nəfərə yüksəlib.

Xəbər lenti