Xəzər Xəbər

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Dünya | 14:21 • 27 Yanvar 2020
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Əfqanıstanın şərqində "Ariana Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə 1TV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Qəzni əyalətinin qubernatoru Arif Nuri bildirib ki, hadisə Dex Yak rayonunda baş verib.


"Ariana News”un məlumatına görə, təyyarənin göyərtəsində 83 sərnişin olub. Hadisə baş verən ərazinin "Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.


Hələlik digər təfərrüatlar açıqlanmır.

Xəbər lenti