Xəzər Xəbər

Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası VİDEO

Veb TV | 13:11 • 27 Yanvar 2020
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası

Türkiyədə Türk-Alman Universitetinin yeni binasının açılış mərasiminə qatılan Almaniya kansleri Angela Merkelin rektor tərəfindən verilən hədiyyəyə reaksiyası böyük maraq doğurub.

 Bu barədə "HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, Türkiyəyə səfər edən A.Merkel tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə qatılıb. Mərasimdən sonra universitetin rektoru Halil Akkant tərəfindən Ərdoğan və Merkelə hədiyyələr təqdim edilib.

Merkel üçün xüsusi olaraq hazırlanan şüşəli saray güzgüsü və dəbilqə ona hədiyyə edilib. Almaniya kanslerinin güzgünü alarkən üzündəki sevinc gözlərdən yayınmayıb.(oxu.az)

Xəbər lenti