Xəzər Xəbər

Koronavirus dəhşəti DAVAM EDİR: azərbaycanlılar da VAR - Nazir AÇIQLADI

Gündəm | 12:56 • 27 Yanvar 2020
Koronavirus dəhşəti DAVAM EDİR:

Koronavirusun yayıldığı bölgələrdə 7 azərbaycanlı tələbə var.

Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Çində ümumilikdə 500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Dövlət xətti ilə təhsil alan tələblərin sayı isə 62 nəfərdir. Koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz var:

"Təhsil Nazirliyi Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqə saxlayır. Həmin tələbələrlə səfirlik vasitəsilə əlaqə saxlanılır. Bizdə olan məlumata görə, 50-dən artıq ölkə öz vətəndaşlarını çıxartmaq üçün Çinə müraciət edib. Bizim də Xarici İşlər Nazirliyindən əldə etdiyimiz məlumata əsasən, bu gün Çin Xarici İşlər Nazirliyində iclas olacaq. Ondan sonra açıqlama olacaq ki, Çin tərəfi hansı növbəti addımları atmağı planlaşdırır. Buna dair açıqlama olduqdan sonra növbəti addımlar atılacaq. Biz bunu diqqətdə saxlayırıq".

Qeyd edək ki, koronavirusdan əziyyət çəkən insanların sayı 2 min 744-ə çatıb. Onlardan 461-nin vəziyyəti ağırdır. Virusa yoluxan 80 nəfər isə dünyasını dəyişib.

Xəbər lenti