Xəzər Xəbər

Əfsanəvi basketbolçunun öləcəyini 8 il əvvəl bilirdi FOTO

Dünya | 12:17 • 27 Yanvar 2020
Əfsanəvi basketbolçunun öləcəyini 8 il əvvəl bilirdi

Xəbər verdiyimiz kimi, ABŞ-ın peşəkar basketbol liqasının (NBA) keçmiş əfsanəvi basketbolçusu Kobi Brayant faciəvi şəkildə helikopter qəzasında həyatını itirib.



2012-ci ildə Tvitter sosial şəbəkəsində "@dotNoso” adlı istifadəçi tərəfindən paylaşılan bir tvit Kobe Brayantın ölümündən sonra bütün diqqəti üzərinə çəkib.



Platforma istifadəçisi tərəfindən 8 il öncə paylaşılan tvitdə Kobinin helikopter qəzasında öləcəyi yazılıb.

Qeyd edək ki, Kaliforniya ştatında baş verən hadisə zamanı daha 4 nəfərin öldüyü bildirilir. Onların Brayantın qızları olduğu qeyd olunub.

publika.az

Xəbər lenti