Xəzər Xəbər

XİN-dən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ilə bağlı AÇIQLAMA

Gündəm | 12:04 • 27 Yanvar 2020
XİN-dən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb.

Məlumatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən XəzərXəbər-ə bildirilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi.

Belə ki, yanvarın 29-30 da Cenevrədə nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü keçiriləcək.

Xəbər lenti