Xəzər Xəbər

Bakı bazarlarında xiyar kəskin bahalaşdı VİDEO

Veb TV | 19:13 • 26 Yanvar 2020
Bakı bazarlarında xiyar kəskin bahalaşdı

Bazarlarda xiyarın qiyməti kəskin qalxıb. Adətən hər il bu vaxtı xiyar pomidordan ucuz olardı. Ancaq indi tam tərsi yaşanır. Xiyar pomidordan iki dəfə bahadır. Bəs qiymətin bahalaşması nə ilə əlaqədərdir?

Bazarlarda xiyarın qiyməti kəllə-çarxa çıxıb. 1 kq xiyar ən ucuz 2 manat 60 qəpiyə təklif olunur

Adətən bu vaxtlar pomidor baha olardı. Ancaq görünən odur ki, xiyar bu dəfə bahalıqda pomidoru qabaqlayıb.

Satıcılar bahalaşmanı məhsul qıtlığı ilə əlaqələndirirlər. Bildirirlər ki, bu vaxtlar bazarlara əsasən İrandan da xiyar gətirilirdi. Ancaq bu il demək olar ki, bu ölkədə xiyar idxal olunmur.

Alıcılar yaxın günlərdə xiyarın qiymətində enmə müşahidə ediləcəyini deyirlər.

Xəbər lenti