Xəzər Xəbər

Holand dubl etdi, "Borussiya" 5 qolla qalib gəldi VİDEO

Veb TV | 15:41 • 26 Yanvar 2020
Holand dubl etdi, "Borussiya" 5 qolla qalib gəldi

Almaniya Bundesliqasında 19-cu tura start verilib.

Dortmund "Borussiya"sı evdə "Köln"ə 5:1 hesabı ilə qalib gəlib. Komandanın yeni transferi Erlinq Holand bu qarşılaşmada dubl edib. Norveçli hücumçu ötən oyunda het-triklə yadda qalmışdı.

Bundesliqada turnir cədvəlinə 40 xalla "Leyptsiq" başçılıq edir. "Bayern"lə "Borussiya" 36 xalla 2-ci və 3-cü yerləri bölüşür.

"Borussiya" - "Köln" - 5:1

Qollar: Rafael Qerreyru, 1, Marko Roys, 29, Ceydon Sanço, 48, Erlinq Bröyt Holand, 77, 87


Xəbər lenti