Xəzər Xəbər

Lənkəranda limon yığımı aparılır - VİDEO

Veb TV | 20:59 • 25 Yanvar 2020
Lənkəranda limon yığımı aparılır -

Sitrus bağlarında limon yığımı aparılır.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəranın sitrus bağlarında naringi və kinkan yığımından sonra növbə limona çatıb.

Bir müddətdir ki, təsərrüfatlarda meyvə yığımı davam edir. Yay mövsümündə havaların quraq keçməsi səbəbindən meyvələr bir qədər xırda olsa da, məhsuldarlıq qənaətbəxşdir.

Xüsusi ətrə malik limonun yığımı əsasən ilin iki fəslində həyata keçirilir. Təsərrüfat sahiblərinin sözlərinə görə, yerli limonlara tələbat çoxdur. Əgər xarici ölkələrdən idxal olunmasa, yerli limon bazarda daha yüksək qiymətə satılar.

Yerli bazarlarda satışa çıxarılan limonların qiyməti ölçüsünə görə dəyişir. Meyvənin kiçiyinin 7-8 ədədi, irisinin isə 3-4 ədədi 1 manata təklif edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti