Xəzər Xəbər

Ötən il İran polisi 814 ton narkotik vasitə müsadirə edib

Dünya | 15:24 • 25 Yanvar 2020
Ötən il İran polisi 814 ton narkotik vasitə müsadirə edib

Ötən il İran polisinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 814 ton narkotik vasitə müsadirə edilib.


İl ərzində 2319 nəfər narkotik vasitələrin qaçaqmalçılığı və satışı ilə məşğul olduğuna görə həbs olunub, 1886 qruplaşma məhv edilib.


İran polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsindən bildiriblər ki, narkotiklər əsasən Əfqanıstandan İrana, buradan isə Rusiyaya, Avropaya və Körfəz ətrafındakı ölkələrə daşınır. Rəsmi Tehran Əfqanıstan ilə sərhəddə ciddi tədbirlər görsə də, qaçaqmalçılar əməllərindən əl çəkmirlər. Bəzi hallarda qaçaqmalçılarla sərhədçilər və polis arasında silahlı toqquşma baş verir. Bu toqquşmalarda 4 mindən çox İran sərhədçisi və polisi şəhid olub.


İran narkotik qaçaqmalçılığına qarşı mübarizədə Avropa ölkələrindən dəfələrlə yardım istəsə də, müsbət cavab almayıb. (AZƏRTAC)

Xəbər lenti