Xəzər Xəbər

37 yaşlı kişi mənzildə ölü tapılıb

Hadisə | 14:53 • 25 Yanvar 2020
37 yaşlı kişi mənzildə ölü tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1983-cü il təvəllüdlü Tomayev Renat Kolbekoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti