Xəzər Xəbər

“Azəristiliktəchizat” keçən il 202,6 milyon kubmetr qaz sərf edib

İqtisadiyyat | 13:27 • 25 Yanvar 2020
“Azəristiliktəchizat” keçən il 202,6 milyon kubmetr qaz sərf edib

"Azəristiliktəchizat” ASC ötən il istilik enerjisinin istehsalına 202,6 milyon kubmetr təbii qaz sərf edib.


Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.


Hesabata görə, ölkədə istilik təchizatı sahəsində görülən işlər 2004-2005-ci illərlə müqayisədə 2019-2020-ci illər istilik mövsümündə istilik mənbələrinin sayının 392 ədəd və ya 3,4 dəfə, yaşayış binalarının sayının 2882 ədəd və ya 3,9 dəfə, məktəblərin sayının 142 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 73 ədəd və ya 1,9 dəfə, səhiyyə obyektlərinin sayının 102 ədəd və ya 2,7 dəfə, digər obyektlərin sayının 1806 ədəd və ya 20,6 dəfə artırılmasına imkan verib.


İl ərzində "Azəristiliktəchizat” ASC-də 1 milyon 448,7 min Qkal istilik enerjisinin istehsalına 202,6 milyon kubmetr qaz sərf olunub.

Xəbər lenti