Xəzər Xəbər

Avstraliyada yeni koronavirusa yoluxma ilə bağlı ilk hal qeydə alınıb

Dünya | 09:33 • 25 Yanvar 2020
Avstraliyada yeni koronavirusa yoluxma ilə bağlı ilk hal qeydə alınıb

Yanvarın 25-də Avstraliyanın hökumət orqanları Viktoriya ştatında Çinin Uhan şəhərindən yayılan yeni koronavirusa yoluxma ilə bağlı ilk halın qeydə alınması barədə bəyanat yayıb.


Bunu Viktoriya ştatının Səhiyyə naziri Cenni Mikados mətbuat konfransı zamanı bəyan edib. Nazir deyib ki, virusun daşıyıcısı 50 yaşlarında Çin vətəndaşı xəstəliyin simptomları aşkar edilməmişdən əvvəl Uhan şəhərində olub.


Onun Viktoriya ştatının mərkəzi Melburna ötən həftənin bazar günü gəldiyi və hazırda xəstəxanaya yerləşdirildiyi qeyd edilir.


"Xüsusi qeyd etməliyəm ki, hazırda narahatlıq üçün heç bir əsas yoxdur. Xəstə təcrid edilərək müalicəyə cəlb olunub və hazırkı mərhələdə biz bu xəstəliyə yoluxmuş başqa şübhəli şəxs aşkarlamamışıq”, - deyə nazir vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti