Xəzər Xəbər

"Benfika" "Milan"ın təklifini rədd etdi

İdman | 12:34 • 24 Yanvar 2020
"Benfika" "Milan"ın təklifini rədd etdi

"Milan" "Benfika"nın yarımmüdafiəçisi Florentino Luişi transfer hədəfinə alıb.

"Qırmızı-qaralar" portuqaliyalı futbolçunun agenti Brunu Karvalyu ilə danışıq aparıb. "Milan" 20 yaşlı futbolçunu 18 aylıq məcburi satın alma şərti ilə icarəyə götürmək istəyib. Agent İtaliya klubunun təklifini klubun diqqətinə çatdırıb. Lakin "Benfika" bu təklifi qəbul etməyib.

"Benfika" yetirməsinin keçidi üçün 120 milyon avro tələb edib.

Anqola əsilli futbolçu 2019-cu ilin yayında Lissabon klubu ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. Luiş bu mövsüm 13 oyuna 1 assist edib.

Xəbər lenti