Xəzər Xəbər

Ötən il radikallığı təbliğ edən 216 kitabın ölkəmizə idxalına icazə verilməyib

Gündəm | 13:23 • 24 Yanvar 2020
Ötən il radikallığı təbliğ edən 216 kitabın ölkəmizə idxalına icazə verilməyib

Ötən il radikallığı təbliğ edən 216 kitabın Azərbaycana idxalına icazə verilməyib.


Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yanvarın 23-də keçirilən kollegiya iclasında bildirilib.


Qeyd edilib ki, 2019-cu ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Həmçinin ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılıb, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648 min 247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Xəbər lenti