Xəzər Xəbər

İspaniyada "Qloriya" qasırğasında ölənlərin sayı 12 nəfərə çatıb

Dünya | 09:42 • 24 Yanvar 2020
İspaniyada "Qloriya" qasırğasında ölənlərin sayı 12 nəfərə çatıb

İspaniyada tüğyan edən "Qloriya” qasırğası nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.


Xezerxeber.az-ın məlumatına görə, xilasedicilər hazırda itkin düşmüş azı 2 nəfərin axtarışlarını aparırlar. Güclü küləklə, qar və yağışla müşahidə edilən tufan təxminən 80 nəfərə xəsarət yetirib.


Qeyri-sabit hava şəraiti səbəbindən İspaniya ilə Fransanı birləşdirən yüksək sürətli dəmir yolu qatarlarının hərəkəti dayandırılıb.

Xəbər lenti