Xəzər Xəbər

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb VİDEO

Veb TV | 19:30 • 23 Yanvar 2020
Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb

Azərbaycanda yeni buğda, arpa və noxud sortaları yaradılıb. Bu sortlar həm məhsuldarlıq , həm tərkibinin zənginliyi və həm də xəstəliyə davamlı olması baxımından hazırda istifadə edilənlərdən fərqlənir. Hazırda Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar Institutu tərəfindən yaradılan bu sortların toxumunun artırılması istiqamətində iş aparılır.

''Maya'' adlı bərk buğda, ''Leyla'' adlı yumuşaq buğda və ''Cəmil'' adlı arpa sortu Azərbaycanda yaradılıb və məhsuldarlığı ölkəmizdə istifadə edilən digər sortlardan yüksəkdir.Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu tərəfindən yaraılan bu sortlar sınıqlardan uğurla keçib vəartıq patenti alınıb. İnstutun dənli taxıl və paxlalı bitkilər şöbəsinin müdiri Xanbala Rüstəmov bildirir ki, bu sortalarla məhsuldarlığı ən az 20 % artırmaq olar.

''Leyla'' yumuşaq buğda sortu əsasən çörəyin hazırlanmasına istifadə edilə bilər. İnstut tərəfindən yeni yaradılan arpa sortu isə tez yetişməsi ilə seçilir və torpağa bir ildə iki məhsulu əkməyə imkan verir.

Bundan başqa instut tərəfindən ''Cəmilə'', ''Ayla'' və ''Jasmin'' adlı noxud sorları da yaradılıb və onlarda zülalın miqdarı 25 %-ə bərabərdir. Hansı ki digərlərində bu göstərici 23 %-dir.Bu sortların əsas üstünlüyü isə boyunun hündür olmasıdır.

Hazırda bu sortların patenti alınıb və toxumlarının çoxaldılması istiqamətində iş aparılır.

Xəbər lenti