Xəzər Xəbər

Qatarlara bilet satışında YENİLİK VİDEO

Veb TV | 19:41 • 23 Yanvar 2020
Qatarlara bilet satışında YENİLİK

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib. Yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30gün qalmış əldə edə biləcəklər.

Artıqbütün istiqamətlər üzrə fəaliyyət göstərən qatarlara 30 gün qalmış bilet almaq mümkün olacaq.

Azərbaycan dəmiryolları qapalı səhmdar cəmiyyəti bilet satışı qaydalarına dəyişiklik edib.Beləki əvvəllərölkədaxili səfərlərə biletləri qatarların yola düşməsinə 10 gün qalmış almaq mümkün idi.Beynəlxalq səfərlərə isə bu tarix 30 gün müəyyən edilmişdi.Bu gündən isə bütün istiqamətlərə biletlər eyni müddətintervalı ilə satılacaq.

Bakı sərnişin stansiyasının rəis müavini Sudeyf Fərhadovun sözlərinə görəalınan biletlərin qaytarılması zamanı sərnişindən biletin qiymətinə uyğun komisiya haqqı tutulacaq.Yerdə qalan məbləğ isə tam olaraq sərnişinə geri qaytarılacaq.

Biletlər geri qaytarılan zaman komisiya məbləği beynəlxalq səfərlərdə 5 manata qədər ,ölkə daxili isə 3 manata qədər məbləğ müəyyən edilib.

Xəbər lenti