On səkkiz metrlik avtobusların bir hissəsi yaxın günlərdə paytaxta gətiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
"Ötən il daşıyıcılar tərəfindən 105 avtobus gətirilib və istifadəyə verilib. Avtobus parkının yenilənməsi işləri daim diqqət mərkəzində olacaq və ekoloji cəhətdən sağlam, sərnişinlər üçün rahat avtobusların gətirilməsi prosesi bu il də davam etdiriləcək”, - deyə o qeyd edib.