Xəzər Xəbər

Tripoli ətrafında mülki və hərbi təyyarələr vurulacaq Haftardan təhdid

Dünya | 18:24 • 23 Yanvar 2020
Tripoli ətrafında mülki və hərbi təyyarələr vurulacaq

Liviyada qiyamçı general Haftar Tripoli ətrafını "uçuşlara qapalı səma” elan edərək bölgəyə yaxınlaşan sərnişin təyyarələrini vuracağını bəyan edib.

General Haftarın liderlik etdiyi Liviya milli ordusunun sözçüsü Əhməd əl-Mismarinin sözlərinə görə, paytaxtın 120 kilometr güneyində yerləşən Giryan şəhərinin 90 kilometrlik cənub-şərqidəki Erhun şəhəri və paytaxtın Mitiqa hava limanı daxil olmaqla Tripoli sahillərinə uzanan ərazi uçuşlara qapalı elan olunur.

Paytaxtın dünyaya yeganə çıxış qapısı olan Mitiqa hava limanı daxil səmada olan mülki və hərbi təyyarələrin hədəfə alınacağını elan edən Mismari bu ərazidəki ordunun və hava müdafiə sistemlərinin uçuşa qadağa təlimatını tətbiq etməyə başladıqlarını elan edib.

Qeyd edək ki, Liviyanın milli barış hökuməti qiyamçı Haftarın ordusunun Tripolidəki Mitiqa hava limanına 6 ədəd raket atdığını elan etmişdi.

Hökumətin sözçüsü Məhəmməd Qanuni bildirib ki, hava limanının hədəfə alınması buradakı uçuşların açıq təhdid edilməsidir.

Xatırladaq ki, yanvarın 19-da Berlində Liviyada sülhün əldə edilməsinə dair beynəlxalq konfrans keçirilib və tərəflərə atəşkəsə əməl etmələrinə dair çağırış edilmişdi./teleqraf

Xəbər lenti