Xəzər Xəbər

Gürcüstanda daha bir qadın qripdən dünyasını dəyişib

Dünya | 14:40 • 23 Yanvar 2020
Gürcüstanda daha bir qadın qripdən dünyasını dəyişib

Gürcüstanda gənc qadın qripdən dünyasını dəyişib.


Hadisə ölkənin Zuqdidi şəhərində qeydə alınıb.


Abxaziyadan məcburi köçkün, 22 yaşlı pasiyent yanvarın 19-da xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan xəstə Kutaisi xəstəxanasına çatdırılıb. Lakin burada da həkimlər xəstəni müalicə edə bilməyiblər. Gənc qadın ötən gün Tbilisi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.


Qeyd edək ki, yanvarın 8-də Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın da qripdən ölüb.


Hazırda ölkədə əhalinin hər 100 min nəfərindən 26-sında qripə yoluxma halı qeydə alınıb. Mütəxəssislər qripin epidemiya halı almadığını bildirsələr də əhalini son dərəcə ehtiyatlı olmağa çağırıblar. (AZƏRTAC)

Xəbər lenti