Xəzər Xəbər

Dünyanın ən bahalı markaları açıqlandı SİYAHI

İqtisadiyyat | 15:56 • 23 Yanvar 2020
Dünyanın ən bahalı markaları açıqlandı

Dünyanın ən bahalı markaları ilə bağlı araşdırma başa çatıb.

Beynəlxalq marka qiymətləndirmə qurumu olan "Brand Finance”-ın "Dünyanın ən bahalı 500 markası” adlı araşdırması yayımlanıb.

Dünyanın ən bahalı markası kimi 1-ci yerdə 220.8 milyard dollar dəyəri olan "Amazon” şirkəti qərarlaşıb. 2-ci və 3-cü yerləri isə 160 milyard dollarla "Google”, 141 milyard dollarla "Apple” şirkətləri paylaşıb.

Adıçəkilən siyahıda ABŞ-ın "Microsoft” şirkəti 117 milyard dollarla 4-cü, Cənubi Koreyanın "Samsung” şirkəti 94.5 milyard dollarla 5-ci, Çinin "ICBC” şirkəti 80.8 milyard dollarla 6-cı, ABŞ-ın "Facebook” şirkəti 79.8 milyard dollarla 7-ci, "Walmart” şirkəti 77.5 milyard dollarla 8-ci,Çinin "Ping An” şirkəti 69 milyard dollarla 9-cu və "Huawei” şirkəti isə 10-cu yerdədir.

Qeyd edək ki, "Tesla” dəyərini 7.5 milyarddan 12.4 milyarda qaldıraraq ilin ən çox dəyərində artım müşahidə olunan şirkəti seçilib. Eyni zamanda ən çox dəyər itkisinə məruz qalan şirkətlər isə Çinin "Baidu” və ABŞ-ın media şirkəti olan "Fox” olub.

publika.az

Xəbər lenti