Xəzər Xəbər

Bakıda bu ərazilərdə işıqforların yeri dəyişdirildi SİYAHI

Gündəm | 15:07 • 23 Yanvar 2020
Bakıda bu ərazilərdə işıqforların yeri dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi paytaxtın 4 yerində - yol kəşişməsində yerləşən işıqforların iş rejimini dəyişdirib.

XəzərXəbər-ə qurumdan verilən məlumata görə, dəyişikliklər aşağıdakı kimidir:

1.Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

2.Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb;

3.Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində svetoforun vaxt planına dəyişiklik edilib;

4.İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

Xəbər lenti