Xəzər Xəbər

Məhkəmə qərarlarının icrasından yayınan 493 şəxs barəsində cinayət işi başlanıb

Cəmiyyət | 11:49 • 23 Yanvar 2020
 Məhkəmə qərarlarının icrasından yayınan 493 şəxs barəsində cinayət işi başlanıb

Ötən il qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib.


Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə 2808 nəfər inzibati qaydada həbs olunub.


Məlumata əsasən, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində cinayət işi başlanılıb. Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, nəticədə məhkəmə qərarları icra edildiyinə görə 13 mindən çox borclunun üzərindən məhdudiyyət götürülüb.

Xəbər lenti