Xəzər Xəbər

Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib

İdman | 08:48 • 23 Yanvar 2020
Bu komandalar Türkiyə kubokunun dörddəbir final mərhələsinə yüksəlib

Yanvarın 22-də Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, ikinci cavab oyunları günündə üç görüş keçirilib. "Beşiktaş" doğma meydanda "Ərzurumspor"a 2:3 hesabı ilə məğlub olaraq çempionatı tərk edib.


Xatırladaq ki, ilk oyunda da İstanbul təmsilçiləri 3:2 hesabı ilə uduzub.


"Antalyaspor" isə səfərdə "Göztəpə" ilə heç-heçə edib - 2:2. Birinci oyunda 4:3 hesabı ilə qalib gələn Antalya təmsilçiləri növbəti mərhələyə vəsiqə qazanıblar. "Kasımpaşa" isə doğma meydanda "Alanyaspor"u 2:3 hesabı ilə məğlub etsə də, ilk oyunda 3:1 uduzduğuna görə Alanya klubu dörddəbir final mərhələsinə yüksəlib.


Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.

Xəbər lenti