Xəzər Xəbər

Ötən ilin on bir ayı ərzində Azərbaycanda 129 min 183 körpə doğulub

Cəmiyyət | 13:24 • 22 Yanvar 2020
Ötən ilin on bir ayı ərzində Azərbaycanda 129 min 183 körpə doğulub

Ötən ilin 11 ayı ərzində Azərbaycanda 129 min 183 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəmdir.


Ötən ilin yanvar-noyabr aylarında ölkədə 50 min 796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Xəbər lenti