Xəzər Xəbər

Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var - VİDEO

Veb TV | 09:01 • 22 Yanvar 2020
Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var -

Sumqayıtda baş verən qəzada 1 nəfər ölüb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

XXX

08:07

Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəzada ölən və xəsarət alanların olub-olması barədə dəqiq məlumat yoxdu.

Xəbər lenti