Xəzər Xəbər

Xalq şairi Zəlimxan Yaqubun yubileyidir VİDEO

Veb TV | 20:45 • 21 Yanvar 2020
Xalq şairi Zəlimxan Yaqubun yubileyidir

Deyirlər, sözü bilən adama ölüm yoxdur. Amma əcəl xalqımızın ən sərraf söz ustadını bizdən tez aldı. Şair Zəlimxan Yaqub bu dünyaya gözlərini dörd il əvvəl - 66 yaşında yumdu. Elə doğulduğu ayda uzun müddət əziyyət çəkdiyi böyrək çatışmazlığından dünyasını dəyişdi.

Şairin son günlərini keçirdiyi iş otağı necə var elə də qorunur. Oğlu Bəhlul Yaqubov deyir ki, burda onun şəxsi arxivi var və o, arxivi özü necə yığıbsa, elə də saxlayırlar. Masasında isə dərd yoldaşı telli sazı var...

Bəhlul Yaqub deyir ki, Zəlimxan Yaqub onun yaddaşında atadan əlavə, həm də xalqı ilə nəfəs alan, xalqın böyüklüyünə inanan bir şair kimi qalıb.

Onu dinləyəndə məlum olur ki, şairin sinədəftərliyi hardan gəlirmiş. Anası Güllü nənənin şair təbiəti oğlu Zəlimxana da keçib.

Sadəcə sizin deyil, bütövlükdə Azərbaycan xalıqının, Türk dünyasının itkisidir Zəlimxan Yaqub, Güllü nənə. Söz onun timsalında ən böyük zirvəsini itirdi. Məkanı cənnət olsun!

Xəbər lenti