Xəzər Xəbər

1542 nəfərin namizədliyi qeydə alındı, 95 nəfər isə...

Gündəm | 18:16 • 21 Yanvar 2020
1542 nəfərin namizədliyi qeydə alındı, 95 nəfər isə...

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 namizəd müraciət edib.

XəzərXəbər xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyi təsdiq olunub. Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb. 1774 nəfəri isə imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 1542 nəfər deputatlığa namizəd kimi qeydə alınıb.

Növbədənkənar parlament seçkilərində 95 namizəd mübarizəni dayandırıb. Seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur.

Xəbər lenti