Xəzər Xəbər

Azərbaycanda 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

Gündəm | 17:57 • 21 Yanvar 2020
Azərbaycanda 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

Ötən il dövlət yol polisi əməkdaşları ölkə ərazisində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar.

XəzərXəbər-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov İdarədə keçirilən 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

R.Zeynalov bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin "elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb:

Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb”.

Xəbər lenti