Xəzər Xəbər

Daha bir ölkədə epidemiya yayıldı: siçan nəcisindən keçir və...

Dünya | 17:11 • 21 Yanvar 2020
Daha bir ölkədə epidemiya yayıldı:

Qərbi Afrika ölkəsi olan Nigeriyada "Lassa qızdırması”ndan son bir həftə ərzində 15 nəfər ölüb.

Yerli mətbuatda Ondo əyalətində 100-ə yaxın insanın müalicəyə cəlb edildiyi yazılıb.

Siçan nəcisi ilə təmas zamanı yoluxan "Lassa qızdırması” insandan insana keçə bilir və ölümcül qanaxmalı qızdırmaya səbəb olur.

Səlahiyyətli şəxslər əhaliyə gigiyenaya diqqət yetirmələri barədə xəbərdarlıq edib./publika.az

Xəbər lenti