Xəzər Xəbər

“Qoca”nın qardaşı saxlanıldı VİDEO

Veb TV | 19:04 • 20 Yanvar 2020
“Qoca”nın qardaşı saxlanıldı

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs tutulub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədovu saxlayıb. Azad Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd ''Makarov'' markalı tapança, ona məxsus iki ədəd patron,ümumi çəki 41 qramdan çox narkotik vasitə tiryək və iki kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq Azad Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 275 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, Azad Məmmədov 2017-ci ildə Bakıya etap zaman konvoy mühafizəsi altından qatardan qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən ''Qoca'' ləqəbli Etibar Məmmədovun qardaşıdır.

Ağcabədi sakinindən külli miqdarda marixuana və silah götürülüb. Rayon polis şöbəsininəməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanıb. Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilib. Əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindəntapança aşkar edilərək götürülüb.faktla bağlı araşdırma aparılır.

Xəbər lenti