Xəzər Xəbər

Şəkidə 20 yanvar günü avtobuslar pulsuz xidmət göstərib VİDEO

Veb TV | 18:59 • 20 Yanvar 2020
Şəkidə 20 yanvar günü avtobuslar pulsuz xidmət göstərib

Şəki şəhərində bir neçə iti tutumlu avtobus və taksi avtomobili 20 yanvar şəhidlərinin xatirəsi üçün bu gün sərnişinlərə pulsuz xidmət göstərib. Onlar bu addımla həm savab qazanmaq, həm də insanların diqqətini məhz həmin faciəyə yönəltmək istədiklərini bildiriblər.

''20 yanvar şəhidlərinin xatirəsinə bu gün avtobus pulsuz xidmət edir''. Belə bir elan lövhəsi Şəkidən həmin rayonun kəndi olan Aşağı Küngütə hərəkət edən marşurut avtobusunun üzərində yazılıb. Bu ideaya ilə həmin avtobusun sürücüsü Sədrəddin Abdulhüseynzadə çıxış edib.

Şəki şəhərində fəaliyyət göstərən taksi sürücüsü, Qarabağ müharibəsi veteranı Əlixan Rəhimov da bu gün sərnişinlərə pulsuz xidmət göstərib.

Hər iki sürücü bu təşəbbüsün daha da genişlənməsini, kütləvi hal almasını istəyirlər.

Xəbər lenti