Xəzər Xəbər

Moskvada bir işsizin bank seyfindən 100 min dollar oğurladı

Dünya | 16:13 • 19 Yanvar 2020
Moskvada bir işsizin bank seyfindən 100 min dollar oğurladı

Moskvada naməlum şəxs işsiz paytaxt sakininin bankdakı seyfindən 100 min dollar oğurlayıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, yanvarın 17-də 45 yaşlı yerli sakin pul oğurluğu ilə bağlı polisə müraciət edib. Polisin bildirdiyinə görə, cinayət, ehtimal ki, 2019-cu ilin avqustu ilə 2020-ci ilin yanvar ayları arasında törədilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs Marşal Jukov prospektində yerləşən bankdakı birindəki depozit seyfindən 100 min ABŞ dollarını oğurlayaraq gizlənib.

Hadisə ilə əlaqədar olaraq araşdırma aparılır./teleqraf

Xəbər lenti