Xəzər Xəbər

Pedro qol vurdu, Prosineçkinin Super Liqaya dönüşü gözündən gəldi VİDEO

Veb TV | 13:51 • 19 Yanvar 2020
Pedro qol vurdu, Prosineçkinin Super Liqaya dönüşü gözündən gəldi

Türkiyə Super Liqasında 18-ci turun oyunları keçirilir.

"Kayserispor" yeni baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında Super Liqada ilk matçını keçirib. Komanda səfərdə "Alanyaspor"a 1:5hesabı ilə uduzub. Kayserililərin yeganə qolunu "Qarabağ"ın keçmiş üzvü Pedro Enrike vurub.

Azərbaycan millisinin sabiq baş məşqçisi daha öncə 2012-2013-cü illərdə "Kayserispor"u çalışdırıb.

Super Liqada turnir cədvəlinə 37 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 36 xalla 2-ci, "Fənərbaxça" 34 xalla 3-cü, "Alanyaspor" 32 xalla 3-cüdür. 10 xalı olan "Kayserispor" sonuncu - 18-ci sırada qərarlaşıb.

"Alanyaspor" - "Kayserispor" - 5:1

Qollar: Georgios Tzavellas, 38, Anastasios Bakasetas, 59, Papiss Sisse, 62, Junior Fernandes, 84, 90+2 - Pedro Enrike, 87

Xəbər lenti