Xəzər Xəbər

Tarantino Hollivudun ən istedadlı aktyorunu seçdi

Şou Biznes | 11:57 • 19 Yanvar 2020
Tarantino Hollivudun ən istedadlı aktyorunu seçdi

Amerikalı rejissor Kventin Tarantino Hollivudun ən yaxşı aktyorunu seçib.

"Independent” xəbər verir ki, rejissorun fikrincə, Kris Payn cavanlar arasında Hollivudda ən yaxşısı aktyorudur.

"Dövrümüzün aktyorları arasında Kris Paynın böyük pərəstişkarıyam” , - deyə Tarantino bildirib.

Tarantino Tom Skottun "İdarəedilməz” trillerində oynadığı köməkçi mühəndis Uill Kolson rolunu aktyorun ən yaxşı işi hesab edir.

Rejissor onu da əlavə edib ki, gələcəkdə Paynla işləmək niyyətindədir və onu öz filminə dəvət edəcək./publika.az

Xəbər lenti