Xəzər Xəbər

Tramp ittihamları rədd etdi

Dünya | 11:27 • 19 Yanvar 2020
Tramp ittihamları rədd etdi

ABŞ prezidenti Donald Tramp impiçment təhqiqatı çərçivəsində ona yönəldilən bütün ittihamları rədd edib.

Bu barədə "Ağ ev” rəhbərinin vəkillərinin Senata göndərdiyi 7 səhifəlik cavab sənədində qeyd olunub. Sənəddə bildirilir ki, Trampa yönəldilən bütün iddialar ləğv edilməli, onun günahsız olduğu vurğulanmalıdır. "Prezidentin addımları konstitusiyaya uyğun qanunlara adekvat idi” - deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, Nümayəndələr Palatasında ABŞ prezidentinə qarşı iki maddə üzrə ittiham qəbul olunaraq Senata göndərilib./publika.az

Xəbər lenti