Xəzər Xəbər

İsmayıllıda yol qəzası baş verib, ölən var

Region | 12:29 • 18 Yanvar 2020
İsmayıllıda yol qəzası baş verib, ölən var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə İsmayıllı şəhərində qeydə alınıb. Belə ki, Məmmədov Elçin Əlizadə oğlu idarə etdiyi 10-FD-092 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobillə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb.


Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti