Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı 796-ya çatıb

İqtisadiyyat | 13:22 • 18 Yanvar 2020
ABŞ-dakı aktiv qazma qurğularının sayı 796-ya çatıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artıb.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 15 ədəd artaraq 796 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 254 ədəd geriləyib.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 14 ədəd çoxalaraq 673 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 179 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 120 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 78 ədəd azalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Xəbər lenti