Xəzər Xəbər

Kral VIII Eduardın adına buraxılan sikkə 1 milyon funt sterlinqə satılıb

Dünya | 21:59 • 17 Yanvar 2020
Kral VIII Eduardın adına buraxılan sikkə 1 milyon funt sterlinqə satılıb

1937-ci ildə Kral VIII Eduardın adına buraxılan sikkə 1 milyon funt sterlinqə adının açıqlanmasını istəməyən kolleksiyaçıya satılıb.


Bu, indiyədək satılan ən bahalı Britaniya sikkəsidir. Sonuncu dəfə ən bahalı sikkə 2014-cü ildə ABŞ kolleksiyaçısına 516 min funt sterlinqə satılmışdı.


22 karatlıq qızıldan hazırlanan 22 millimetr diametrində və 7,98 qram ağırlığında olan sikkə hazırda istifadə olunan sikkələrdən daha kiçik və yüngül çəkilidir. Yalnız 6 ədəd buraxılan sikkədən 4-ü muzeydə saxlanılır.


Xatırladaq ki, sikkələr Kral VIII Eduardın Böyük Britaniyaya 10 ay rəhbərlik etdiyi zaman hazırlanıb, lakin sonradan o, öz istəyi ilə hakimiyyətdən əl çəkərək Parisdə yaşamağa qərar verib.

Xəbər lenti