Xəzər Xəbər

Gürcüstan hökuməti növbəti 2 il üçün yeni investisiya strategiyası hazırlayıb

Dünya | 16:19 • 16 Dekabr 2019
Gürcüstan hökuməti növbəti 2 il üçün yeni investisiya strategiyası hazırlayıb

Gürcüstan hökuməti iqtisadiyyatın daha sürətli inkişafına nail olmaq, eyni zamanda, ölkəyə yeni sərmayələrin cəlb olunması məqsədilə 2020-2021-ci illər üçün yeni investisiya strategiyası hazırlayıb.


AZƏRTAC xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava sənədi dekabrın 16-da ictimaiyyətə təqdim edib.


Nazir deyib ki, yeni strategiya yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb. Ekspertlərin iştirakı ilə 40-dək prioritet sahə dərindən təhlil olunub. Bu sahələrə istehsal sənayesi, geyim və ayaqqabı, aviasiya və avtomobil hissələri istehsalı, mehmanxana və daşınmaz əmlak, elektrik enerjisi, elektrik avadanlığı istehsalı və digərləri daxildir.


"Yeni strategiyanın həyata keçirilməsi nəticəsində ölkədə 3500 yeni iş yeri yaradılacaq, daha bir sıra üstünlüklər əldə olunacaq” - deyə N.Turnava vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar