Xəzər Xəbər

Paytaxt sakininə qarşı quldurluq edilib

Hadisə | 14:54 • 16 Dekabr 2019
Paytaxt sakininə qarşı quldurluq edilib

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində iki nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.


Onların həmin gün saat 4 radələrində Səbail rayonunun Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti