Xəzər Xəbər

Misir turizm sektoruna sərmayəni on dəfə artıracaq

Dünya | 14:23 • 16 Dekabr 2019
Misir turizm sektoruna sərmayəni on dəfə artıracaq

Misirin Mərkəzi bankı 2020-ci ilin sonlarına qədər ölkənin turistik sektoruna dəstək üçün 50 milyard Misir funtu (3 milyard dollardan çox) ayırmağı planlaşdırır.


Xezerxeber.az xəbər verir ki, bu məbləğ öncəki yatırımdan on dəfə çoxdur. Sərmayələr otellərin modernizə edilməsi və inkişafına, həmçinin uzunmüddətli böhrandan zərər çəkən turizm biznesi nümayəndələrinə dəstək üçün sərf olunacaq.


Turizm bu ölkənin xəzinəsinə əsas valyuta gətirən mənbələrdən biridir. Misir Turizm Nazirliyinin məlumatına görə, 2011-ci ildə hakimiyyət dəyişikliyinə və 2015-ci il oktyabr ayının sonlarında Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzaya uğrayana qədər turizm sahəsi ümumdaxili məhsulun 11,3 faizini təşkil edir və xəzinənin 14 faizini valyuta ilə təmin edirdi.


Son illər ölkədə turizm sahəsi qismən bərpa olunub. 2018-ci ildə Misiri 11 milyondan çox xarici ölkə vətəndaşı ziyarət edib. Cari maliyyə ilinin nəticələrinəəsasən, sahənin gəlirləri böhrandan öncəki göstəricini ötə bilər.


Misiri ziyarət edən turistlərin sayına görə ilk yerləri Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya və Fransa tutur.

Xəbər lenti