Xəzər Xəbər

Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü VİDEO

Veb TV | 13:49 • 16 Dekabr 2019
Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü

Argentinaya turizm məqsədilə gedən britaniyalı milyonçu Metyu Çarlz Gibbard və ögey oğlu Stefan Coşua Zone Buenos-Ayresdə beşulduzlu "Faena Hotel”in qarşısında silahlı soyğuna məruz qalıb. 

Bu barədə "The Telegraph” xəbər yayıb.

Məlumata görə, soyğun məqsədli hücum zamanı açılan atəş nəticəsində 50 yaşlı Gibbard həlak olub, ögey oğlu 28 yaşlı Zone ayağından yaralanıb. Hadisənin görüntüləri şəhərin ən təhlükəsiz bölgələrindən biri sayılan Puerto Madero küçəsindəki kamera tərəfindən qeydə alınıb.

Qeyd edilir ki, Londonun şimalında yaşayan Gibbardın idarə etdiyi ailə şirkəti ötən il təqribən 20 milyon sterlinq gəlir əldə etmişdi.

Artıq baş verənlərlə bağlı iki şübhəli saxlanılıb.

Gibbardın aeroportdan çıxdıqdan sonra təqib edildiyi və hadisənin mütəşəkkil cinayət ola biləcəyi düşünülür.

Xəbər lenti