Xəzər Xəbər

Lampardın ilk transfer istəyi

İdman | 13:17 • 16 Dekabr 2019
Lampardın ilk transfer istəyi

Transfer qadağası götürülən "Çelsi"nin baş məşqçisi Frenk Lampardın ilk istəyi bəlli olub.

İngiltərəli mütəxəssis qapıçı mövqeyini gücləndirmək istəyir.

"Bleacher Report"un xəbərinə görə, Kepanın çıxışından narazı olan Lampard yeni qolkiper axtarışındadır. Yanvar ayında "Çelsi"nin ilk transferinin qapıçı olacağı bildirilib.

Qeyd edək ki, "Çelsi" Kepanın transferi üçün 80 milyon avro ödəmişdi.

Xəbər lenti