Xəzər Xəbər

Sürücülərə ŞAD XƏBƏR: Bu yollar işıqlandırıldı - FOTO

Gündəm | 17:48 • 15 Dekabr 2019
Sürücülərə ŞAD XƏBƏR:

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən Muğanlı, Qarasu, Padar və Sığırlı yaşayış məntəqələrin əhatə edən yol sahələrində bir neçə nöqtədə piyadavurma təhlükəsi yaranması səbəbindən həmin yolun işıqlandırılması üçün DİN BDYPİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

Agentlik tərəfindən yuxarıda qeyd olunan yaşayış məntəqələrini əhatə edən 45 km yol sahəsində işıqlandırma bərpa edilib. Artıq 10 gündən çoxdur ki, sözügedən kəndlərin ərazilərində yollar tam olaraq işıqlandırılır.

Prosesin davamlı olacağı, digər qəza təhlükəli nöqtələri təhlil edərək həmin ərazilərin də işıqlandırılması barədə aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılacaq.

Xəbər lenti